Ağadadaş Ağayevin balta ilə xəsarət yetirdiyi xadimə Mübariz Mənsimovun əmisi qızıdır
Ötən il iyulun 23-də Xalq artisti Ağadadaş Ağayevin "MedEra Hospital"ın mühafizəçisi ilə əlbəyaxa dava zamanı atdığı baltadan xəsarət alan, klinikada xadimə işləyən Nəzakət Paşayeva məşhur iş adamının qohumudur.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, o, "Palmali" Şirkətlər Qrupunun sahibi Mübariz Mənsimovun doğma əmisi qızıdır.
Xatırladaq ki, Ağadadaş Ağayevin "MedEra Hospital"ın mühafizəçisi Nurəddin Cəlilovla dava zamanı balta atması nəticəsində klinikada xadimə işləyən Nəzakət Paşayeva ayağından xəsarət almışdı.
Qeyd edək ki, "Palmali" Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimov Türkiyədə ermənilərlə iş birliyi qurub. O, 2020-ci ilin martında Türkiyədə FETÖ ilə bağlı başlanan cinayət işinin istintaqı ilə əlaqədar 5 il müddətinə azadlıqdan məhrum edilmişdi.
Oxşar xəbərlər
Qadının sol ayağının yerinə sağ ayağı əməliyyat edilib? - "Həkim dedi ki, qayıtmayacağam"
Şəki şəhər sakini, 71 yaşlı Dövlət Abdullayeva Baku TV-nin qaynar xəttinə müraciət edərək "Medera Hospital"da keçirdiyi əməliyyatdan sonra problemlərlə üzləşdiy...