Ağacların qanunsuz kəsilməsinə görə yaşıllıqlara 25 min manatdan çox ziyan dəyib
Bakıda ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 25 min 680 manat məbləğində ziyan dəyib.
BAKU.WS xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb.
Bildirilib ki, sözügedən faktlar Nəsimi rayonunun Hüseyn Seyidzadə küçəsi, 1A, Yasamal rayonunun Abbas Mirzə Şərifzadə küçəsi, 283A ünvanlarında, Xəzər rayonunun Mərdəkan qəsəbəsi Müşfiq Şahbazov küçəsində, Nəsimi rayonunun Abay döngəsi 360-cı məhəllədə qeydə alınıb.
Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilib.
Oxşar xəbərlər
Əməkdar məşqçi VƏFAT ETDİ
Azərbaycan İdman Akademiyasının Komanda İdman Növləri kafedrasının baş müəllimi İsmayıl Əliyev vəfat edib. BAKU.WS-in məlumatına görə, mərhum həm də əməkdar məş...