Aeroport yolunda "Range Rover" 2 maşınla toqquşdu: Ölən və xəsarət alanlar var
Aeroport şossesində üç avtomobilin toqquşması nəticəsində bir nəfər ölüb, beş nəfər xəsarət alıb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə aeroport şossesinin Sabunçu rayonu ərazisinə düşən hissəsində qeydə alınıb.
Piyada 1963-cü il təvəllüdlü Nəsibov Emin Əziz oğlu şossedə əks tərəfə keçmək istəyərkən onu "Range Rover" markalı avtomobil vurub.
Eyni istiqamətdə olan "Fiat" markalı nəqliyyat vasitəsi "Range Rover" markalı maşına çırpılıb. Qəza nəticəsində "Fiat" markalı maşında olan sərnişin 26 yaşlı Hacızadə Asim Natiq oğlu avtomobildən çıxaraq yola düşüb. Zərbənin təsirindən o, ölüb.
Qəza nəticəsində avtomobillərdə olan sərnişinlər Seymur Sultanov, Tamella Sultanova, Günay Yusifova və İlkin Novruzlu müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Həkimlərin verdiyi məlumata görə, qəza nəticəsində ağır xəsarət alan piyada E.Nəsibovun vəziyyəti ağırdır.
Faktla bağlı avtotexniki ekspertiza təyin edilib.
Qalereya
Oxşar xəbərlər
Avtomobil almaq üçün 30 min manatdan çox pul ödədi - Aldadıldığını iddia etdi
Maşın almaq üçün 30 min manatdan çox ödəniş edən vətəndaş iki aydır avtomobili təhvil ala və ya ödənişini geri qaytara bilmədiyini deyir. BAKU.WS Xəzər TV-yə is...