ABU-nun keçmiş rektoru Elşad Abdullayev Baş Prokurorluğa çağırılıb
Azərbaycan Beynəlxalq Universitetinin (ABU) keçmiş rektoru Elşad Abdullayev Baş Prokurorluğun İstintaq İdarəsinə çağırılıb.
BAKU.WS xəbər verir ki, bu barədə Baş Prokurorluq İTV vasitəsi ilə müraciət ünvanlayıb.
Qeyd olunub ki, Abdullayev Elşad İslam oğlu şəxsiyyətini təsdiq edən sənədlə birlikdə 5 may 2025-ci il tarixdə, saat 10:00-da Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül yaşayış sahəsi, 21-ci Dağlıq küçəsi, 3105-ci məhəllə ünvanında yerləşən Azərbaycan Baş Prokurorluğunun İstintaq idarəsinin inzibati binasına gəlməlidir.
Bildirilib ki, 01 sentyabr 2024-cü il tarixdə Abdullayev Elşad İslam oğluna Azərbaycan RespublikasıCinayət Məcəlləsinin 137.5.1, 137.5.2, 137.5.3, 213.2.2, 308.2, 311.3.1, 311.3.2, 311.3.3 və 29, 312.2-ci maddələri ilə yenidən ittiham elan edilməsi haqqında qərar qəbul edilmiş, lakin o, Azərbaycan Respublikası hüdudlarından kənarda olduğundan ona ittiham elan etmək mümkün olmayıb.
Oxşar xəbərlər
Almaniyada türkiyəli narkobaron silahlı şəxslərin köməyi ilə həbsdən qaçıb
Almaniyanın Essen şəhərində narkotik cinayətlərinə görə məhkum edilmiş türkiyəli Diyar Gündüz tibbi müayinə zamanı silahlı şəxslərin köməyi ilə mühafizəçilərin...