Abşeronda 8 manatlıq borca görə kişinin BOĞAZINI KƏSDİLƏR - TƏFƏRRÜAT

Abşeronda 8 manatlıq borca görə kişinin BOĞAZINI KƏSDİLƏR - TƏFƏRRÜAT
Video
Hadisə 403

Ötən gün Abşeronda iaşə obyektində törədilən qətlin təfərrüatı məlum olub.

BAKU.WS Xəzər TV-yə istinadən məlumat verir ki, Xırdalan şəhərində obyektdə oturan 3 nəfər arasında mübahisə düşüb. Kafe sahibi bildirib ki, onların mübahisəsini görüb və çölə çıxmalarını xahiş edib.

İddialara görə, borc üstündə başlayan mübahisə nəticəsində 35 yaşlı Heybət Quliyev qətlə yetirilib. Mübahisəyə 8 manat borcun səbəb olduğu bildirilir.

Hadisə baş verən əraziyə dərhal hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib ki, cümə günü saat 22 radələrində qətl törədilməsi ilə bağlı polisə məlumat daxil olub. Cinayət əməlini törətməkdə şübhəli bilinən 27 yaşlı İlkin Novruzov saxlanılaraq istintaqa təhvil verilib.

Ətraflı süjetdə:

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Bir həftə əvvəl kanalda batan yeniyetmənin meyiti tapılıb

Bir həftə əvvəl kanalda batan yeniyetmənin meyiti tapılıb

12 iyul 2026-cı il tarixində Samur-Abşeron kanalının Quba rayonu, Vəlvələ kəndindən keçən hissəsində batan 2010-cu il təvəllüdlü Osmanov Fərid Paşa oğlunun meyi...

65 Hadisə 21:40 19 iyul 2026

Son xəbərlər