SİZİN REKLAM BURADA!
055 213 76 73


Ermənistan ərazisindən Azərbaycanın Gəncə şəhərinə raketlər atılması nəticəsində ölən və yaralananlar var. 

Bu barədə BAKU.WS-in bölgə müxbiri məlumat verib. Bildirilir ki, Gəncədə mülki yaşayış məntəqələrinə ciddi ziyan dəyib. 

Qeyd edək ki, düşmən silahlı qüvvələri tərəfindən Azərbaycanın Gəncə şəhərinə Ermənistan ərazisindən raketlər atılıb.

Hadisə ilə bağlı Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, hazırda işğalçı ölkənin silahlı qüvvələri 04.10.2020-ci il, saat 10 radələrindən başlayaraq Ermənistanın hərbi-siyası rəhbərliyinin göstərişi ilə beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrini kobud şəkildə pozaraq Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla döyüş əməliyyatlarının aparıldığı bölgəyə aidiyyəti olmayan, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə şəhərinin mülki əhalisinin sıx yaşadığı məntəqələri ağır artilleriyadan atəşə tutur.

BAKU.WS
VİDEO

QALEREYA