SİZİN REKLAM BURADA!
055 213 76 73


Samux rayonunda qayınata kürəkənini bıçaqlayıb.

BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata əsasən, insident rayonun Qovlarsarı kəndində baş verib.

Kənd sakini Rafael Ələkbərov evində kürəkəni 28 yaşlı Vüqar Həsənovu bıçaqlayıb.

İlkin məlumata görə, insident kürəkənin qaynatanın evinə içkili gələrək dava salması nəticəsində baş verib.

Bıçaqlanan kürəkən Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib. Qayınata isə Samux rayon Polis Şöbəsi əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma başlanılıb.

BAKU.WS