SİZİN REKLAM BURADA!
055 213 76 73


Novxanı-Binəqədi avtomobil yolunda yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS BAKU.TV-yə istinadən xəbər verir ki, gecə saatlarında yol kəsişməsində hərəkətdə olan “Saipa” markalı avtomobilin sürücüsü əks yola çıxıb. Bu zaman nəqliyyat vasitəsi “Daewoo Nexia” markalı avtomobillə toqquşub.

Qəza zamanı hər iki avtomobilin sürücüsü və iki sərnişin ağır bədən xəsarətləri alıblar.

Yaralılardan birinin vəziyyətinin daha ağır olduğu bildirilir. Onlar təcili tibbi yardımın köməyi ilə xəstəxanaya yerləşdiriliblər. Hələlik yaralıların şəxsiyyəti məlum deyil.

Yolun qəza baş verən hissəsində avtomobillərin hərəkətində fasilə yaranıb. Əraziyə Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.

İlkin məlumata görə, qəzaya səbəb “Saipa” markalı avtomobilin sürücüsünün nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etməsi və qarşı yola çıxması göstərilir.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS
VİDEO