SİZİN REKLAM BURADA!
055 213 76 73



Somalinin paytaxtı Moqadişuda türk və Azərbaycan vətəndaşlarının da olduğu bir nəqliyyat vasitəsinə terror hücumu olub.
 
BAKU.WS-in məlumatına görə, şagirdləri daşıyan avtobusu hədəf alan terror aktı zamanı 1 türk vətəndaşı, həmçinin Azərbaycan və Somali vətəndaşları da dünyasını dəyişib. 
 
Avtobusun partlaması nəticəsində ölən azərbaycanlılardan biri Kəmalə İsmayılova olub. O, Türk Özəl Liseyinin müəllimi olub. APA-nın əldə etdiyi məlumata görə, ölən azərbaycanlı Kəmalə İsmayılova Göyçayın Ləkçılpaq kənd sakinidir. Onun oğulları - 11 yaşlı Nihad və 10 yaşlı Nicat İsmayılovlar isə ağır bədən xəsarətləri ilə paytaxt xəstəxanalarından birinə yerləşdiriliblər. 
 
BAKU.WS