SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakı şəhərinin Yasamal rayonunda qəbiristanlıq ərazisində baş vermiş yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bu barədə FHN-dən BAKU.WS-ə məlumat verilib.

***15:02

Bakı şəhərinin Yasamal rayonunda qəbiristanlıq ərazisində baş verən yanğının qarşısı alınır.

BAKU.WS xəbər verir ki, hadisə yerinə 2 yanğın söndürmə maşını cəlb olunub və ərazinin böyük bir hissəsində yanğının qarşısı alınıb.

Yanğının tam söndürülməsi üçün işlər görülür.

***14:19

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonunda qəbiristanlıq ərazisində quru ot və kol-kos yanması barədə məlumat daxil olub.

Bu barədə FHN-dən BAKU.WS-ə məlumat verilib.

Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri aparılır.

Əlavə məlumat veriləcək.

BAKU.WS
QALEREYA