VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün saat 17:51-də Ağstafa rayonu, Saloğlu qəsəbəsində meşə ərazisində quru alaq otları və kol-kos yanması barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin rayon yanğından mühafizə hissəsinə məlumat daxil olub.

FHN-nin Dövlət Yanğın Nəzarəti Xidmətinin (DYNX) şöbə rəisi, daxili xidmət polkovniki Elnur Babayev bildirib ki, dərhal əraziyə yanğınsöndürənlər cəlb edilib. Yanğın zamanı Tovuz Regional Meşə Təsərrüfatı Mərkəzinin 4 saylı Soyuqbulaq meşə dolayısının ətrafından keçən hissəsində Ağstafa rayonu, Saloğlu qəsəbə Bələdiyyəsinə məxsus ərazidə 2 ha quru alaq otları və kol-kos yerləşən ərazinin 1.5 ha ərazisi yanıb. Yanğın saat 19:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məlumatda həmçinin qeyd olunur ki, Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən 2019-cu ilin avqust ayında bu gün yanğın baş verən Soyuqbulaq meşə dolayısında reydlər keçirilib onun ətrafı yanğın təhkükəsizliyinin etibarlı təmin edilməsi məqsədi ilə şumlanması təmin olunub. Bunun nəticəsində baş verən yanğının yaxınlıqdakı meşə sahəsinə keçməsinin qarşısı alınıb.

FHN Dövlət Yanğın Nəzarəti Xidməti meşə ətrafı ərazilərin şumlanması vacibliyini nəzərə alaraq aidiyyəti qurumları və əhalini bu işdə fəal iştirak etməyə çağırır.

BAKU.WS