SİZİN REKLAM BURADA!
055 213 76 73


Narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən İlkanə Nəbiyeva və Samir Abiyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

BAKU.WS “report”a istinadən xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Cavid Hüseynovun icraatında olan iş üzrə hazırlıq iclasının vaxtı açıqlanmayıb.

Qeyd edək ki, “İkoş” ləqəbli narkotacir, 1996-cı il təvəllüdlü İlkanə Nəbiyeva Mehdiabad Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə tutularaq məsuliyyətə cəlb olunub.

Onun yaşadığı Mehdiabad qəsəbəsi, Gənclər şəhərciyi, bina 10, mənzil 12-yə baxış keçirilən zaman oradan külli miqdarda xüsusi bükümdə olan 4,537 qram heroin, 9,485 qram metadon, 1 qram da metamfetamin, bir ədəd tərəzi və digər narkotik maddələr tapılaraq aktlaşdırılıb. İ.Nəbiyeva bütün maddi sübutlarla polis bölməsinə gətirilib. O, bu işlə iki ildir məşğul olduğunu və 8 aydır heroin satdığını bildirib.

İstintaq onunla birlikdə S.Abiyevi də məsuliyyətə cəlb edib.

Onlara Cinayət Məcəlləsinin 234.4.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə ittiham verilib.

BAKU.WS
VİDEO