SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda qətl törətməkdə təqsirləndirilən Şahanə Fəxrətovanın cinayət işi üzrə ibtidai isitintaq başa çatıb.

BAKU.WS “report”a istinadən xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Siyavuş Hacıyevin icraatında olan iş üzrə hazırlıq iclasının vaxtı açıqlanmayıb.

1986-ci il təvəllüdlü Ruslan Fəxrətovun boğazını bıçaqla kəsərək intihar etməsi və qanaxmadan dünyasını dəyişməsi ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat daxil olub.

Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.

İstintaq araşdırmaları zamanı hadisənin intihar deyil, qətl olduğu ortaya çıxıb.

Məlum olub ki, o, Fəxrətova Şahanə Məstalı qızı tərəfindən qətlə yetirilib.

Qadına Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham verilib.

BAKU.WS