SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda qeydə alınan qəza qızğın müzakirələrə səbəb olub.

BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, baş vermiş hadisənin görüntüləri sosial şəbəkədə paylaşılıb.

Qəzanın paytaxtın Xətai rayonu, Əhmədli qəsəbəsi yaxınlığında baş verdiyi bildirilir.

Hərəkətdə olan avtomobillərdən biri yolun sağına yaxınlaşaraq dayanır. Daha sonra nəqliyyat vasitəsini geriyə hərəkət etdirən sürücü maşını arxada dayanan avtomobilə çırpır.

Sosial şəbəkə istifadəçiləri tərəfindən qəzaya səbəb kimi bir neçə mülahizə irəli sürülüb.

Bəzi şəxslərin fikrincə, qəzaya sürücünün avtomobilin arxa görüntü güzgülərindən diqqətli istifadə etməməsi gətirib çıxarıb. Digərləri isə düşünür ki, sürücünün diqqəti yoldan keçən xanıma yönəlib, avtomobil yaddan çıxıb.

BAKU.WS
VİDEO