SİZİN REKLAM BURADA!
055 213 76 73


Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda (ETACXİ) daha bir xəstə ölüb.

BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, Şəki rayon sakini 1958-ci il təvəllüdlü xəstə aprelin 18-də ağır vəziyyətdə ETACXİ-yə daxil olub.

Xəstə aidiyyəti üzrə şöbəyə yerləşdirilib və həkimlər tərəfindən zəruri müalicə tədbirləri görülüb. Lakin həkimlərin bütün səylərinə baxmayaraq, aprelin 30-da kəskin ağciyər-ürək və tənəffüs çatışmazlığı, ikitərəfli ağır gedişli pnevmoniya, ağciyərlərin infiltrativ vərəmi VMB (+), 2-ci tip şəkərli diabet, insulinə tələbat, diabetik nefropatiya, arterial hipertenziya, insultdan sonrakı hal, aşağı ətrafların parezi diaqnozu ilə xəstənin bioloji ölümü qeydə alınıb.

Xəstədən COVID-19-a qarşı götürülən test nümunələrinin nəticələri neqativ (mənfi) olub.

TƏBİB ölüm faktını Oxu.Az-a təsdiq edib.

BAKU.WS