SİZİN REKLAM BURADA!
055 213 76 73


Səbail rayonunda xüsusi karantin qaydalarına zidd olaraq fəaliyyət göstərən gözəllik salonu aşkar edilib.

Daxili İşlər Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbir zamanı Nigar Rəfibəyli küçəsində yerləşən “Pəri” gözəllik salonunun qanunsuz olaraq karantin dövründə işlədiyi məlum olub.

Obyektə baxış zamanı oranın sahibi paytaxt sakini Rüfət Yusupov və daha 3 nəfər müştəri aşkar olunaraq Polis Bölməsinə gətiriliblər.

Qeyd edək ki, xüsusi karantin qaydalarını pozan obyekt sahibi və müştərilər İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tədbir görülərək inzibati qaydada cəzalandırılıblar.

BAKU.WS
QALEREYA