SİZİN REKLAM BURADA!
055 213 76 73



Səhər saatlarında Hacıqabulda ağır qəza olub. Magistral yolda yük maşınının aşması nəticəsində bir nəfər ölüb. Yevlaxda isə nişandan qayıdan avtomobil qəzaya düşüb, sürücü ölüb. Gecə paytaxtın Nərimanov rayonunda isə zəncirvari qəza baş verib.

Yük maşını idarəetmədən çıxaraq aşıb. Nəticədə 1 nəfər ölüb.

Hadisə səhər saatlarında Bakı-Qazax avtomagistralının 88-ci kilometrliyində, Hacıqabul rayonunun Qızılburun kəndi ərazisində baş verib. Goranboy sakini, 30 yaşlı Rövşən Ələkbərovun idarə etdiyi yük maşını dəmir maneəyə çırpılıb və aşıb. Maşında olan mişar daşı yola tökülüb, avtmobillərin hərəkətinə mane olub.

Nəticədə avtomobildə olan sərnişin Goranboy rayon sakini, 28 yaşlı Elvin Hüseynov hadisə yerində dünyasını dəyişib.

Yevlaxda isə nişandan qayıdan avtomobil qəzaya düşüb. Hadisə gecə saatlarında Aran-Mingəçevir yolunun 2-ci kilometrliyində  baş verib. Yevlax sakini 27 yaşlı Orxan  Mirzəyevin  avtomobili  idarəetmədən çıxıb və aşıb. Nəticədə sürücü hadisə yerində dünyasını dəyişib. Avtomobildə olan 4 nəfər sərnişin isə müxtəlif bədən xəsarətləri alıblar.

Gecə paytaxtın Nərimanov rayonunda isə  zəncirvari qəza baş verib. Dövlət yol polis əməkdaşları Ziya Bünyadov prospektində reyd keçirən zaman iki minik avtomobilinin sürücülərinin sərxoşluğunu yoxlamaq üçün saxladıblar. Bu zaman arxadan yüksək sürətlə gələn sərnişin avtobusu həmin avtomobillərə çırpılaraq zəncirvari qəzaya səbəb olub. Qəza zamanı minik avtomobillərindən birinin sürücüsü və sərnişini xəsarət alıb. Yoxlama zamanı sərnişin avtobusunun sürücüsünün sərxoş olduğu müəyyən edilib. Qeyd edək ki, hadisə zamanı avtobusda sərnişin olmayıb. Faktla əlaqədar araşdırmalar aparılır.
 
BAKU.WS