SİZİN REKLAM BURADA!
055 213 76 73


Martın 29-da Bakının mərkəzində avtoşluq edib işıqforun qırmızı işığında keçərkən qəza törədən 90 ZO 211 nömrəli "Galendewagen" markalı avtomobilin sürücüsü həbs edilib.

BAKU.WS-in verdiyi xəbərə görə, maşının sürücüsü Rüfət Qocayev boksçu olduğunu bildirib və məşqə gedərkən yolun solunda yerləşən, dostuna məxsus dükana baxdığı üçün işıqforu görmədiyini deyib. Videonun sonunda deyilən ifadə isə montaj olunub.

"Əməlimdən peşmanam, bir daha belə səhv etmərəm, diqqətsizlik etmişəm", - deyə sürücü bildirib. Bundan başqa, R.Qocayev izahatında atası ilə anasının pensiyaçı olduğunu söyləyib.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov "Qafqazinfo"ya açıqlamasında bildirib ki, sürücü R.Qocayevin müxtəlif vaxtlarda qaydaları pozduğu aşkarlanıb: "Təhlükəsiz Şəhər kamerasına düşən videogörüntülərdən birində görünür ki, Rüfət Qocayev aeroport yolunda digər bir avtomobil ilə sanki yarışıb. Amma sürücü deyir ki, yarış məqsədi ilə avtomobil idarə etməyib".

R. Qocayev məhkəmənin qərarı ilə 1 il sürücülük hüququndan məhrum edilməklə 30 gün müddətinə həbs olunub.

BAKU.WS
VİDEO