SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakı-Sumqayıt yolunda zəncirvari qəza baş verib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında qeydə alınıb. Bakı-Sumqayıt marşrutu ilə hərəkətdə olan sərnişin avtobusu “VAZ-2107” markalı avtomobilə çırpılıb. Zərbənin təsirindən “VAZ-2107” “Subaru” markalı minik avtomobilinə dəyib.

Qəza nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.

Qəza səbəbindən Bakı-Sumqayıt yolunda sıxlıq yaranıb.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS