SİZİN REKLAM BURADA!
055 213 76 73


3 ilə yaxındır, axtarışda olan dələduz tutulub. O, Qəbələ ərazisində saxlanaraq Yevlax polis şöbəsinə gətirilib. Xızıda isə soygunçuluq edən şəxs saxlanıb. O, vətəndaşın 40 baş keçisini aparıb.

İnsanların etibarından istifadə edib onlara qarşı dələduzluq edən 60 yaşlı kişi saxlanıb.

Yevlax və Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşlarının birgə keçirdiyi əməliyyat tədbirləri nəticəsində vətəndaşlara qarşı dələduzluq etməkdə şübhəli bilinən, axtarışda olan Nazim Quliyev Qəbələ rayonu ərazisində saxlanılaraq Yevlaxa gətirilib.

Müəyyən edilib ki, Nazim Quliyev Yevlax rayon Ağqıraq kənd sakinləri olan Dünyamin Sadıxov və Kamran Bəhərçinovdan işə düzəltmək adı ilə ümumilikdə 7000 manat alıb. Həmin kənd sakini olan Nicat Bəhərçinovdan isə təqaüdə çıxaracağı vədi ilə 8000 manat pulunu alaraq dələduzluq yolu ilə ələ keçirib.

Xızıda isə 40 baş keçini soyğunçuluq yolu ilə aparan şəxs tutulub. Yaşma qəsəbəsi ərazisində Qobustan rayon sakini İlqar Məmmədovun otardığı 40 baş keçini soyğunçuluq yolu ilə aparmaqda şübhəli bilinən qəsəbə sakini Emin Sadıqovu polis saxlayıb.

Onun Yeni Yaşma kəndi ərazisindən Sumqayıt şəhər sakini Rüfət Sadıqova məxsus avtomobili qaçırması da ehtimal olunur.

Bütün faktlarla bağlı araşdırmalar davam etdirilir.

BAKU.WS
VİDEO