SİZİN REKLAM BURADA!
055 213 76 73


Gəncədə avtoyuma məntəqəsində yanğın hadisəsi qeydə alınıb.

BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata əsasən, hadisə şəhərin Vəli Xuluflu küçəsində qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə İdarəsinin Gəncə şəhər Dövlət Mühafizə Xidmətinin yanğın söndürənləri cəlb olunub.

Müdaxilə nəticəsində alovun böyüməsinin qarşısı alınıb. Hadisə zamanı bir nəfər xəsarət alıb. Eyni zamanda avtoyuma məntəqəsində olan "Hyundai" markalı avtomobil də yanıb. İlkin nəlumata görə, yanğın elektrik naqillərində qeydə alınan qısaqapanmadan baş verib.

Hadisənin təfərrüatları dəqiqləşdirilir.

BAKU.WS
QALEREYA