SİZİN REKLAM BURADA!
055 213 76 73


Gəncə şəhərinin Şah İsmayl Xətai prospektində yanğın hadisəsi qeydə alınıb.

BAKU.WS-in bölgə müxbirinin məlumatına əsasən, hadisə həmin ünvanda yerləşən Azərbaycan Metrologiya İnstitutu Publik Hüquqi Şəxs Qərb Regional Ərazi İdarəsinin binasında baş verib.

Hadisə yerinə dərhal FHN-in yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub. Alovun qarşısı alınıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub.

İlkin ehtimala görə, yanğına səbəb elektrik naqillərində baş verən qısaqapanma olub.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS