SİZİN REKLAM BURADA!
055 213 76 73


Tovuz rayonunun Alakol kəndində 1958-ci il təvəllüdlü Məmmədov Şəmşəd İsa oğluna məxsus ev yanıb.

BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə bu gün gecə saatlarında qeydə alınıb. İki mərtəbəli ümumi sahəsi 500 kv.m olan mənzil tamamilə külə dönüb.

Hadisə zamanı evdə olan 4 nəfərdən ikisi azyaşlı olub.

Ev sahibləri uşaqları çıxaran zaman yüngül xəsarət alıblar.

Hadisə yerinə Tovuz rayon Yanğından Mühafizə İdarəsinin 3 briqadası cəlb olunub.
Alovun qonşu tikiliyə keçməsinin qarşısı alınıb.
İlkin ehtimal kimi hadisə elektrik naqillərində yaranan qısa qapanma səbəbindən baş verib.
Hadisənin təfərrüatları dəqiqləşdirilir.

BAKU.WS
QALEREYA