SİZİN REKLAM BURADA!
055 213 76 73


249 saylı orta məktəbin təsviri incəsənət müəlliməsi Sərfi Namazova vəfat edib.

BAKU.WS xəbər verir ki, News24.az-a daxil olan məlumatda bildirilir ki, müəllimə qripdən dünyasını dəyişib.

Məlumatda o da bildirilir ki, bir həftə öncə müəllimənin qayınanası da eyni diaqnozdan vəfat edib.

Dünən onun 7 mərasimi keçirilib. Yayılan bu məlumat məktəbdə oxuyan şagirdlərin valideynlərini təşvişə salıb.

Deyilənlərin doğru olub-olmadığını dəqiqləşdirmək üçün TƏBİB və Bakı Şəhər üzrə Təhsil İdarəsinə sorğu ilə müraciət etdik.

Sorğunun cavabı dərc olunacaq.

TƏBİB-dən BAKU.WS-ə verilən məlumata görə, Azərbaycanda heç bir xəstəxanada qriplə bağlı ölüm faktı qeydə alınmayıb. 

BAKU.WS