VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin Elazığ şəhərində baş verən 6,8 bal gücündə zəlzələdən sonra axtarış-xilasetmə işləri davam edir.

BAKU.WS Türkiyə KİV-inə istinadla xəbər verir ki, 24 saatdan sonra yeni bir möcüzə baş verib.

Jandarma qrupları 2,5 yaşlı Yüsranı dağıntıların altından sağ çıxara bilib. Sözügedən anlar kamera vasitəsi ilə qeydə alınıb.

2,5 yaşlı qızı dağıntılar altından çıxardıqdan sonra təcili tibbi yardım avtomobili vasitəsi ilə xəstəxanaya aparıblar. 

Uzun axtarışlardan sonra balaca Yüsranın anası da dağıntılar arasından sağ çıxarılıb. 

Kameraya düşən xilasetmə anı sosial şəbəkələrdə sürətlə yayılıb. İnsanlar bu mənzərədən çox təsirlənib.  

BAKU.WS
VİDEO