SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakının Yasamal rayonu ərazisində 20 nömrəli məktəbin yeni tikilən binasından düşən dəmir boru bir nəfərin ölümünə, digərinin yaralanmasına səbəb olub. Qadınlardan birinin başı əzilib və o, qanitirmədən yerindəcə keçinib.

BAKU.WS-in məlumatına görə, Parlament prospekti 9 ünvanında tikinti aparılan obyektin yaxınlığındakı səki ilə hərəkətdə olan piyadaların üstünə iri dəmir parçası düşüb. Nəticədə 1941-ci təvəllüdlü Ruhəngiz Talıbova aldığı xəsarətdən hadisə yerindəcə keçinib. Digər piyada isə, ağır xəsarətlərlə xəstəxanaya aparılıb.

 

Digər qadın isə ağır yaralanıb. Onların hər ikisinin 70 yaşlarında olduğu bildirilir. Əraziyə gələn polis və təcili yardım həkimləri yaralı qadını xəstəxənaya aparıblar.

Onların kimliyi barədə hələlik məlumat yoxdur. Hüquq-mühafiz orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparırlar.

 

Ürəyi zəif olanlardan videoya baxmamağı məsləhət görürük:

 

Перейдя по ссылке вы можете ознакомиться со статьей на русском языке


BAKU.WS