SİZİN REKLAM BURADA!
055 213 76 73


Göyçayda qadın bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, rayonun Əli Kərim küçəsində özünə məxsus mənzildə yaşayan 1928-ci il təvəllüdlü Kərimova Şura Həzrətqulu qızı yaşadığı evdə qaz cihazının nasazlığı səbəbindən baş verən yanğın zamanı müxtəlif dərəcəli xəsarətlər alıb.

Bədənin 80 faiz hissəsi yanan yaşlı qadın Göyçay Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə çatdırılıb.

Həkimlərin səyinə baxmayaraq, 92 yaşlı Şura Kərimova dünyasını dəyişib.

Faktla bağlı Göyçay Rayon Prokurorluğu təvəfindən ardırma aparılır.

BAKU.WS