SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu gün səhər saat 05.50-də Qobustan stansiyasının ərazisində "Azərişıq" ASC-yə məxsus transformatorda yanğın olub.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən BAKU.WS-ə bildirilib.
Verilən məlumata görə, yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin ərazi üzrə yanğınsöndürmə maşınları, Biləcəri və Hacıqaqbul yanğınsöndürmə qatarları cəlb edilib. Saat 08:30-da yanğın söndürülüb.

Hadisə nəticəsində xəsarət alan olmayıb, qatarların hərəkətində fasilə yaranmayıb. Yanğına texniki nasazlıq səbəb olub.

Hadisənin təfərrüatı və başvermə səbəbləri araşdırılır.

BAKU.WS