SİZİN REKLAM BURADA!
055 213 76 73


“Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin ərazisində dənizə neft axıdılmasını əks etdirən videonun sosial şəbəkələrdə yayılması ilə əlaqədar “Azneft” İstehsalat Birliyi DİN NBPİ-nin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşlarının iştirakı ilə birgə araşdırma aparılıb.

Daxili İşlər Nazirliyi və Dövlət Neft Şirkətinini mətbuat xidmətlərindən BAKU.WS-ə verilən məlumata görə, keçirilən tədbirlər nəticəsində neft məhsulunu dənizə axıdan və bunu çəkərək sosial şəbəkədə paylaşan şəxslər müəyyən ediliblər. İlkin dindirmə zamanı onlar bu hərəkətlərini etiraf edibnlər.

Dənizə neftin axıdılmasına yol verməklə ətraf mühiti çirkləndirən əməkdaşlar barədə SOCAR tərəfindən müvafiq inzibati tədbirlər görüləcək.

Hazırda DİN NBPİ-nin Su nəqliyyatında Polis İdarəsində müvafiq araşdırmalar aparılır.

BAKU.WS