SİZİN REKLAM BURADA!
055 213 76 73


Yevlaxda yeni doğulan körpə ölüb.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Yevlax Mərkəzi Rayon Xəstəxanasının doğum şöbəsində qeydə alınıb.

Rayon sakini Fəridə Xəlilova dekabrın 15-i saat 23 radələrində bətndaxili hipoksiya əlamətləri olan qız uşağı dünyaya gətirib.

Lakin göstərilən tibbi yardımlara baxmayaraq, körpə gecə saatlarında dünyasını dəyişib.

Faktla bağlı Yevlax rayon Prokurorluğunda araşdırma aparılır.

BAKU.WS