SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Erməni silahlı bölmələrinin atəşkəsi pozması nəticəsinə azərbaycanlı məktəbli yaralanıb.  
 
BAKU.WS-in APA-ya istinadla verdiyi məlumata görə, hadisə bu gün günorta saatlarında qeydə alınıb.
 
Ağdam rayonunun Çıraqlı kənd sakini, 1999-cu il təvəllüdlü, 11-ci sinif şagirdi Məmmədov Çoşqun Ələddin oğlu qolundan və ayağından iki güllə yarası alıb.
 
Yaralı məktəbli Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. 
 
BAKU.WS