SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu gecə Bakının Yasamal rayonunda əcnəbi tələbə bıçaq xəsarəti alıb.

BAKU.WS xəbər verir ki, hadisə V.Əliyev küçəsi ev 263-də yerləşən mənzildə baş verib.

Belə ki, Qərb Universitetinin I kurs tələbəsi, 1992-ci il təvəllüdlü Kathnaracahi Aruna yaşadığı ünvanda qarın nahiyəsindən bıçaqlanıb.

Onu Kliniki Tibbi Mərkəzə yerləşdiriblər.

İlkin ehtimala görə, o toyuq doğrayarkən özünü bıçaqlayıb.

Lakin xəstənin vəziyyəti ağır olduğu üçün onu dindirmək mümkün olmayıb.

Faktla bağlı Yasamal rayon Polis İdarəsində araşdırmalara başlanılıb.
Ziya SƏCCAD

BAKU.WS