SİZİN REKLAM BURADA!
055 213 76 73


Vəziyyətləri pisləşdiyi üçün Kliniki Tibbi Mərkəzə çatdırılan Bakı Dövlət Universiteti və Azərbaycan Pedeqoji Universitetinin (BDU) tələbə qızlarının adı dəqiqləşib.

Kliniki Tibbi Mərkəzdən BAKU.WS-ə bildirilib ki, təzyiq problemi ilə mərkəzə çatdırılan tələbələr Məmmədova Aygün və Ramazanova Məryəmdir.

Mərkəzdən verilən məlumatda həmçinin qeyd olunur ki, tələbələrin vəziyyəti hazırda normaldır: "Tələbə qızlarının birində təzyiq yüksək olub, digərində isə əksinə aşağı olub. Hazırda vəziyyətləri normaldır".

Qeyd edək ki, tələbə qızlar iddia edildiyi kimi yataqxanada deyil, kirayə evdə yaşayıblar. 

Orxan Hüseyn
BAKU.WS