SİZİN REKLAM BURADA!
055 213 76 73


Şəkidə çörək sexində partlayış baş verib.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, partlayış nəticəsində çörək sexinin işçisi 58 yaşlı Məlahət Məmmədova yanıq xəsarətləri ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnika və canlı qüvvəsi cəlb edilib.

Hadisənin qaz sızmasından baş verməsi ehtimal edilir.

BAKU.WS
QALEREYA