SİZİN REKLAM BURADA!
055 213 76 73


Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Sumqayıt şəhərində, Sumqayıt Dənizkənarı Bulvarı ərazisində bir nəfərin dənizə düşməsi barədə məlumat daxil olub.

FHN-dən BAKU.WS-ə verilən məlumata görə, dərhal hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşı sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.
BAKU.WS