SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Fevralın 1-də Ağcabədi rayonunda qaçırılan müəllimə ailəsinə qaytarılıb.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, 3 saylı Ağcabədi şəhər tam orta məktəbinin müəllimi Fəridə Ağayevanı yaxın qohumu Nadir Ağayevin evlənmək məqsədilə qaçırdığı müəyyənləşib.

Bildirilir ki, ailə böyükləri onlarla söhbət edəndən sonra qız evlərinə qayıtmağa razı olub. F.Ağayeva polisə izahatında N.Ağayevin onu zorla qaçırmadığını, könüllü getdiyini bildirib.

N.Ağayevdən şikayətçi olmayan müəllim valideynləri razılıq verdikləri təqdirdə, onunla ailə quracağını bildirib.

BAKU.WS