SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda bıçaqlanma hadisəsi olub.

BAKU.WS-in "Qafqazinfo"ya istinadən verdiyi məlumata görə, Suraxanı rayonu Əmircan qəsəbəsi, Q.Quliyev küçəsində qonşular arasında dava olub. Dava zamanı 1992-ci il təvəllüdlü Hüseynzadə Aqşin Musa oğlu qonşusu tərəfindən  bıçaqlanıb.

Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılaraq cərrahi əməliyyat edilib. Həkimlər yaralıya döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Vəziyyəti orta-ağır qiymətləndirilir.


Faktla bağlı araşdırma aparılır.
BAKU.WS