SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakının Binəqədi rayonunun Biləcəri qəsəbəsində bıçaqlanma hadisəsi baş verib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin (FHN) 1994-cü il təvəllüdlü kiçik giziri İsrafilzadə İbrahim Məhbub oğlu işdən çıxarkən naməlum şəxs tərəfindən bıçaqlanıb.

Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Ona döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.
BAKU.WS