SİZİN REKLAM BURADA!
055 213 76 73


Yasamal rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS APA-ya istinadla verir ki, hadisə "Beş mərtəbə" adlanan ərazidə baş verib.

Belə ki, Ceyhun Quliyev icarəyə götürdüyü "KİA Optima" markalı avtomobillə yüksək sürətlə hərəkətdə olarkən yol hərəkəti qaydasını kobud şəkildə pozub. Nəticədə nəqliyyat vasitəsi idarəetmədən çıxaraq "Qış parkı" ətrafındakı yolun səkisinə çırpılıb.

Zərbənin gücündən avtomobil deformasiyaya uğrayıb.

Hadisə ilə əlaqədar olaraq əraziyə Yasamal Rayon Polis İdarəsi və DYP əməkdaşları cəlb edilib.

Fakt üzrə araşdırma aparılır.
BAKU.WS
VİDEO