SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakının Suraxanı rayonunda yol-nəqliyyat hadisəsi qeydə alınıb.

BAKU.WS APA-ya istinadla xəbər verir ki, hava limanı istiqamətində hərəkətdə olan və Gürcüstan dövlət qeydiyyat nişanlı "BMW" markalı avtomobil dəmir arakəsməyə çırpılıb.

İdarəetmədən çıxan avtomobil bir neçə dövrə vuraraq beton səkiyə də dəyib. Sürücü isə hadisə yerindən uzaqlaşıb.

Əraziyə BŞBPİ-nin Dövlət Yol Polisi İdarəsinin əməkdaşları cəlb edilib. Avtotexniki ekspertiza təyin olunub.

Qeyd edək ki, qəza nəticəsində yol infrastrukturuna da ziyan dəyib.

Fakt araşdırılır.
BAKU.WS
VİDEO