Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) keçmiş mətbuat katibi Elnur Nağızadənin işdən çıxarılmasının səbəbi onun 150 min dollarlıq dələduzluqda ittiham edilməsi barədə səslənən iddialarla bağlı olmayıb. 


BAKU.WS
-in məlumatına görə, bu barədə Trend-ə TQDK-dan bildirilib. Komissiyadan deyilib ki, E.Nağızadə ailə vəziyyətinə görə öz ərizəsi ilə işdən azad edilib.

TQDK-dan bildiriblər ki, ötən il dekabrın ortalarında müqaviləsinə xitam verilən E.Nağızadənin işlədiyi dövr ərzində dələduzluq etməsi ilə bağlı hər hansı quruma şikayət də daxil olmayıb: "Elnur Nağızadə barəsində səslənən iddiaları hüquq-mühafizə orqanları araşdırmalıdır”.

Qeyd edək ki, E.Nağızadənin dələzduzluq etməsi ilə bağlı məlumatlar yayılıb. Məlumatda bildirilir ki, Bakı şəhər sakinləri Vüsal İbrahimov və Zaur Əsgərov şikayət ərizələrində 2015-ci ilin avqust ayında E.Nağızadəyə işə düzəlmək məqsədilə 150 min ABŞ dolları verdiklərini bildiriblər. Onlar işlə təmin olunmadıqlarını və pullarını geri ala bilmədiklərini vurğulayıblar.

BAKU.WS