SİZİN REKLAM BURADA!
055 213 76 73


Gəncədə "VAZ 2107" markalı avtomobil motosikletlə toqquşub.

BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə Nizami Gəncəvi prospektində qeydə alınıb.

Hadisə zamanı xəsarət alan motosikletin sürücüsü, 2002-ci il təvəllüdlü Ramin Həmzəyev təcili olaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.

İlkin məlumata görə, hadisəyə səbəb hər iki nəqliyyat vasitəsinin yüksək sürətlə idarə edilməsi olub.

Hadisə yerinə yol polisi əməkdaşları cəlb olunub. Qəzanın dəqiq səbəbləri araşdırılır.
BAKU.WS