SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakı-Qazax avtomobil yolununun Gəncə şəhərinə giriş hissəsində yol nəqliyyat hadisəsi baş verib.

BAKU.WS-in bölgə muxbirinin verdiyi məlumata əsasən? hadisə zamanı Samux rayon sakini 1979-cu il təvəllüdlü Kamaləddin Xəlilovun idarə etdiyi "VAZ-21011" markalı avtomobillə İmişili rayon sakini 1989-cu il təvəllüdlü Emin Ələkbərovun idarə etdiyi "Mercedes"markalı avtomobillər toqquşub.

İlkin məlumatlara görə hadisə nəticəsində "Mercedes" markalı avtomobil də olan 30 yaşlı  sərnişin Məmmədova Toma Sədrəddin qızı müxtəlif bədən xəsarətləri alıb. Qadın 3 saylı Təcili Tibbi Yardım Xəstəxanasının travmatalogiya şöbəsinə yerləşdirilib.

Hadisəyə səbəb kimi "Mercedes" markalı avtomobildə olan şəxslərin yol kənarında satılan obyektdən gül almaq istəməsi olub. Belə ki, "Mercedesin" sürücüsü magistral yolda avtomobili arxa-arxaya idarə edib.

Bu zaman həmin yolla hərəkət edən  "VAZ-21011" markalı avtomobil onu vurub.

Faktla bağlı araşdırma davam edir, qəzanın dəqiq səbəbləri öyrənilir.

BAKU.WS
QALEREYA