SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakı şəhəri, Qaradağ rayonu, Müşfiq qəsəbəsində şair Mikayıl Müşfiqin abidəsinın dağıdılması ilə bağlı video yayılıb.

BAKU.WS
xəbər verir ki, videoda şairin abidəsini ekskavator vurub yerə atdığı görünür.

Yayılan video ilə bağlı məsələyə aydınlıq gətirmək üçün Bakı şəhər İcra Hakimiyyətilə əlaqə saxladıq. Qurumdan BAKU.WS-ə bildirdilər ki, əslində həmin ərazidə abadlıq işləri aparılır. Yenilənmə işlərinə şairə yeni heykəlin qurulması da daxildir.

Bu səbəbdən də, köhnə və yararsız halda olan heykəl ərazidən götürülməliydi. Videodan göründüyü kimi həmin mənzərə alınıb.

Məsələ ilə əlaqədar Qaradağ Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Munis Bayramov “report”a açıqlamasında deyib ki, Mikayıl Müşfiqin abidəsini başqa formada götürmək mümkün olmayıb.

“Abidənin içi boş olduğundan başqa cür götürmək mümkün deyildi, dağılacaqdı. Həmin abidəni başqa yerə aparmaq da mümkün deyildi”, - deyə qurum rəsmis bildirib.

Ziya SƏCCAD
BAKU.WS
VİDEO