Gədəbəy rayonunda ağır yol qəzası baş verib.

BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata əsasən, "VAZ" markalı avtomobil 1934-cü il təvəllüdlü Söhbət İbrahim qızı Rəhimovanı vurub.

Zərbənin təsirindən 85 yaşlı qadın yerindəcə keçinib.

İlkin məlumata görə, hadisə yaşlı qadının mal-qaranı yol kənarından çıxarması zamanı baş verib.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS