Ötən gün günorta saatlarında Xaçmazda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsinin baş vermə anının görüntüsü ortaya çıxıb. 

BAKU.WS xəbər verir ki, Xaçmaz rayonu Nərəcan kəndi ərazisində “VAZ-21015” markalı avtomobillə “QAZel” markalı yük avtomaşını toqquşub. 

Hadisə anı yaxınlıqdakı obyektlərdən birinin müşahidə kamerasına tuş gəlib. 

Qeyd edək ki, qəzada Siyəzən rayon sakinləri - 1963-cü il təvvəllüdlü Axundov Tofik Məmmədrza oğlu, 1988-ci il təvvəllüdlü Axundova Raziyyə Beybut qızı, 2014-cü il təvvəllüdlü Axundova Nuray Mahir qızı, 2017-cü il təvvəllüdlü Axundova Nilay Mahir qızı və Xaçmaz rayon Bostançı kənd sakini, 1999-cu il təvəllüdlü Beybutov Allahverdi Beybut oğlu xəsarət alıb.

BAKU.WS


VİDEO