SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda icra hakimiyyətinin məsul işçisi iş zamanı ölüb.

BAKU.WS Trend-ə istinadla xəbər verir ki, hadisə paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsində baş vertib.

Qaradağ Rayon İcra hakimiyyətinin Lökbatan qəsəbə İcra Nümayəndəliyinin mühəndisi, 1962-ci il təvəllüdlü Sərdar Hüseynovun səhhəti iş vaxtı pisləşib. S.Hüseynov xəstəxanaya çatdırılsa da, orada ürəktutmasından ölüb.

Faktla bağlı araşdırma aparılır.
BAKU.WS