055 213 76 73
BAKU.WS xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Fövqəladə Hallar nazirinin müavini Etibar Mirzəyev məlumat verib.
17:03
Bakının Nərimanov rayonunda "Baksol yolu" adlanan ərazidə taxta bazarında başlayan yanğını söndürmək mümkün olmayıb.
Fövqəladə Hallar Nazirliyinin İctimaiyyətlə əlaqə idarəsinin rəhbəri Gülçin Mehdiyevanəın BAKU.WS-ə verdiyi məlumata görə, hadisə yerinə yanğından mühafizə qüvvələri, yanğınsöndürmə maşınları və bir yanğınsöndürmə qatarı cəlb edilib.
Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən BAKU.WS-ə bildirilib ki, hadisə yerinə 10 Təcili Yardım briqadası göndərilib. Hələlik Təcili yardıma bir nəfər FHN-nin yanğınsöndürəni müraciət edib.
***15:41
Bakının Nərimanov rayonunda, "Baksol" yolunda yanğın başlayıb.
Bu barədə hadisə şahidləri BAKU.WS-in “qaynar xətti”nə məlumat veriblər.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, yanğın Dərnəgül yolunda yerləşən taxta bazarında yerləşən bazarın anbarında başlayıb.
Ərazidə III çağırışla yanğınsöndürənlər və canlı qüvvə cəlb edilib.
Yanğının söndürülməsi istiqamətində işlər aparılır.
BAKU.WS
VİDEO
VİDEO