SİZİN REKLAM BURADA!
055 213 76 73


Masallıda təmir edilən məscidin həyətindən tikinti materialları oğurlayan şəxs tutulub.

BAKU.WS
"oxu.az"a istinadən xəbər verir ki, bu barədə baş müstəntiq Cahangir Hüseynov məlumat verib.

O bildirib ki, hadisə rayonun Xıl kəndində yerləşən məsciddə baş verib.

Məscidin həyətindən bir ədəd 250 manat dəyərində elektrik tənzimləyicisi, 9 ədəd 310 manatlıq dam örtüyü, 6 ədəd 90 manat dəyərində taxta materialları və bir ədəd 200 manatlıq dəmir hasar örtüyü naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanıb.

Masallı Rayon Polis Şöbəsinin əməkdaşları həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olmuş rayonun Musaküçə kənd sakini, 43 yaşlı Ağababa Cəfərovu şübhəli şəxs qismində tutub.

İlkin dindirmə zamanı o, törətdiyi cinayət əməlini etiraf edib. Oğurlanan əşyalar maddi sübut kimi götürülüb.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.
BAKU.WS
VİDEO