Gecə saatlarında Bakının Xətai rayonu ərazisində bədbəxt hadisə baş verib.

BAKU.WS
report-a istinadən xəbər verir ki, 1991-ci il təvəllüdlü Əliyeva Tamara Vaqif qızı Ayaz İsmayılov küçəsi, 67 a ünvanında yerləşən hündür binanın 6-cı mərtəbəsinin eyvanından yerə yıxılıb.

Ağır xəsarət alan qadın əraziyə gəlmiş "təcili yardım" maşını ilə 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıb.

Yaralıya müştərək travma və baldır sümüklərinin sınığı diaqnozu qoyulub. O, Reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti ağır qiymətləndirilir.
BAKU.WS
QALEREYA